TƏSDİQ platformasının yaradılmasının məqsədi gənclər təşkilatlarının elektron şəbəkəsini yaratmaq, əməkdaşlıq imkanlarını genişləndirmək, reytinq sistemini formalaşdırmaq və fəaliyyətlərini stimullaşdırmaqdır.
Bu platforma vasitəsilə təşkilatlar öz fəaliyyətlərini paylaşa, dəyərləndirmə sisteminə qoşula və dövlət dəstəyi ilə bağlı yeniliklərdən xəbərdar ola bilərlər.
"TƏSDİQ" - gənclər təşkilatlarının potensialını artırmaq, onların daha effektiv fəaliyyət göstərməsinə şərait yaratmaq üçün qurulmuş bir mexanizmdir.
Platforma çərçivəsində Gencler.az saytı yaradılmışdır. Burada qeyri-hökumət təşkilatları:
✅ Öz profillərini yaratmaq,
✅ Fəaliyyətlərini və tədbirlərini elan etmək,
✅ Məlumat bazasına daxil olmaq,
✅ Elektron şəbəkəyə qoşulmaq,
✅ Reytinq sisteminə qoşulmaq imkanını əldə edirlər.
Qeydiyyatdan keçib lazımi məlumatları daxil etdikdən sonra təşkilatlar reytinq sisteminə qoşulurlar. Bu sistemdə çıxışlar, tədbirlər, fəaliyyət hesabatları və digər aktivliklər üçün xallar qazanılır. Həmçinin Nazirliyin qrant müsabiqəsinin qiymətləndirilməsi də bu sistemdə elan olunacaq.