Gencler.az saytı gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün informasiya və əməkdaşlıq platformasıdır. Burada təşkilatlar qeydiyyatdan keçərək profillərini yarada, reytinq sisteminə qoşula, fəaliyyətlərini paylaşa və dövlət dəstəyi ilə bağlı yeniliklərdən xəbərdar ola bilərlər.
TƏSDİQ - Qeyri-hökumət təşkilatları (xüsusilə gənclər təşkilatları) üçün yaradılmış könüllü əsaslarla qoşulmağa imkan yaradan bir sistemdir. Əsas məqsədi əməkdaşlıq imkanlarını artırmaq, vahid məlumat bazası və elektron şəbəkə yaratmaq, təşkilatların fəaliyyətlərini stimullaşdırmaqdır.
Müraciət, qəbul, əməkdaşlıq, dəyərləndirmə, stimullaşdırma
Təşkilatınızı qeydiyyatdan keçirmək üçün Gencler.az saytına daxil olun, "Qeydiyyat" bölməsinə keçin, tələb olunan məlumatları doldurun və təsdiq prosesi üçün təqdim edin.
Təşkilatlar profillərini 2 mərhələli şəkildə doldurduqdan (profilin sol hissəsində +85 faiz və daha çox olduqdan sonra) sonra reytinq sisteminə qoşulurlar. Daha sonra, təşkilatlar elan etdikləri tədbirlər, fəaliyyət hesabatları və digər aktivliklər üçün ballar qazanırlar.
Müraciətlər yalnız elektron formada qəbul olunur. Tələb olunan meyarlara cavab verən təşkilatlar sistemə qəbul edilir və reytinq sıralamasına əlavə olunur.
Qəbul mütəmadi olaraq aparılır. Təşkilat reytinq sıralamasına qəbul olunduqdan sonra səhifəsində paylaşması və sistemə daxil olduğunu bəlli etməsi üçün xüsusi rozet təqdim olunur. Bu təşkilatın sosial şəbəkələrdəki səhifələrində və saytında (varsa) qeyd olunmalıdır. Saytda (Nazirliyin) yaradılan bölmə üzrə reytinq sıralamasına əlavə olunur. Reytinq sıralamasına ilk 10 təşkilat qəbul olunduğu zaman başlanılır. Növbəti qəbullar hər ay üzrə mümkündür. Əgər təşkilat hər hansı kriteriyaya cavab vermirsə, bərpa etməsi üçün vaxt (1 ay müddətində) verilir.
Təşkilatlar öz strategiya və fəaliyyət planlarına uyğun tədbirlər həyata keçirməli, Gənclər və İdman Nazirliyi, digər dövlət qurumları, QHT-lər və beynəlxalq tərəfdaşlarla birgə əməkdaşlıq etmələri gözlənilir.
Tədbirlərin miqyası, iştirakçı sayı, müxtəlifliyi, tərəfdaşlıq səviyyəsi, media əhatəliliyi və təşkilati idarəetmə bacarıqları üzrə ballar verilir. Reytinq balları hər 1 aydan bir yenilənir və nəticələr Nazirliyin saytında paylaşılır.
Qəbul edilən təşkilatlar loqosunun platformada yerləşdirilməsi, onlayn sertifikat, beynəlxalq səfərlərə dəstək, layihə təşəbbüslərinə dəstək, Gənclər evlərində ödənişsiz fəaliyyətlərin təşkilinə dəstək verilməsi və Nazirliyin tədbirlərində iştirak üçün dəvətlərin olunması kimi stimullar əldə edir.
Təşkilatın donorlar qarşısında öhdəliklərini yerinə yetirməməsi, maliyyə və ya illik hesabatlarında çatışmazlıqlar, strategiya və nizamnamə məqsədlərindən kənar fəaliyyət, idarəetmədə problem və ya Ədliyyə Nazirliyi tərəfindən verilən bildirişin vaxtı keçdiyi və yenilənmədiyi halda ballar azaldıla bilər.