Xəbərlər

“Cyber Summer School 2026” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
  • Xəbərlər
  • 08.07.2026, 10:55

“Cyber Summer School 2026” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış ediblər. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən “Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda – Mingəçevir şəhərində təşkil olunur. İyulun 11-dək davam edəcək Kiber yay məktəbi çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlim proqramı keçiriləcək.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Avropa Gənc Alimlər Şurası” (EURODOC) Konfransında ölkəmizi təmsil ediblər.
  • Xəbərlər
  • 07.07.2026, 11:06

Azərbaycan nümayəndə heyəti Avropa Gənc Alimlər Şurası” (EURODOC) Konfransında ölkəmizi təmsil ediblər.

Konfrans çərçivəsində nümayəndələrimiz regional və beynəlxalq elmi əməkdaşlıq platformalarında Azərbaycanın gənc alimlərinin rolunun gücləndirilməsi istiqamətində mühüm görüşlər keçirib, aktual məsələlər ətrafında müzakirələr aparıblar.

Daha ətraflı
Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumunda (WSIS Forum 2026) və “AI for Good” Qlobal Sammitində iştirak edib.
  • Xəbərlər
  • 06.07.2026, 12:10

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumunda (WSIS Forum 2026) və “AI for Good” Qlobal Sammitində iştirak edib.

“AI for Good” Qlobal Sammiti çərçivəsində keçirilən “Amazon Web Services AI League” süni intellekt yarışında Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Zaman Kazımov birinci yerə layiq görülüb. Təbrik edirik!

Daha ətraflı
“Gənc xilasedici” XII beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.
  • Xəbərlər
  • 05.07.2026, 11:09

“Gənc xilasedici” XII beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Qəbələ Mədəniyyət Mərkəzində baş tutan mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmilər, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” mərhələlərində, həmçinin “Mənim ölkəm, mənim komandam” müsabiqəsində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası qalib gəlib. Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü yerə layiq görülüb.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərinə səfəri çərçivəsində düşərgə iştirakçıları ilə görüşüb.
  • Xəbərlər
  • 03.07.2026, 11:27

Gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərinə səfəri çərçivəsində düşərgə iştirakçıları ilə görüşüb.

İyulun 3-də gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərinə səfəri çərçivəsində düşərgə iştirakçıları ilə görüşüb. Görüşdə nazir Fərid Qayıbov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə məlumat verib. Sonra görüş interaktiv müzakirə formatında davam edib, nazir iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Daha ətraflı
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” keçirilib.
  • Xəbərlər
  • 03.07.2026, 10:58

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” keçirilib.

Düşərgə çərçivəsində Azərbaycan Respublikası Təhsil Fondunun nümayəndəsi Nurlan Mollayevin rəhbərliyi ilə “Şəbəkələşmə”, “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın baş katibi Momina Mehdinin moderatorluğu ilə “Yaradıcı sessiya” təşkil olunub. İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin strukturu və məqsədləri barədə iştirakçılara məlumat verib. Həmçinin “3 Söz Çağırışı” ideatonu, Azərbaycan Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayevin təqdimatında “Rəqəmsal bacarıqlar və süni intellekt” mövzusunda təlim keçirilib.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Özbəkistanda Gənclər Günü münasibətilə keçirilən yüksək səviyyəli gənclər dialoqunda iştirak edib.
  • Xəbərlər
  • 30.06.2026, 13:40

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Gənclər Günü münasibətilə keçirilən yüksək səviyyəli gənclər dialoqunda iştirak edib.

Azərbaycan nümayəndə heyətini Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova və Azərbaycan Təhsil Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü Nicat Əliyev təmsil ediblər. Səfər çərçivəsində nümayəndə heyəti gənclər siyasəti sahəsində fəaliyyət göstərən müxtəlif müəssisə və mərkəzlərlə tanış olub, mədəni proqramda iştirak edib, eləcə də tədbirə qatılan ölkələrin nümayəndələri ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı olub.

Daha ətraflı
Azərbaycan gəncləri “H2 Grand Prix World Final 2026” yarışında iştirak edib.
  • Xəbərlər
  • 29.06.2026, 11:03

Azərbaycan gəncləri “H2 Grand Prix World Final 2026” yarışında iştirak edib.

Qeyd edək ki, hidrogen enerjisi ilə işləyən avtomobillərin layihələndirilməsi, hazırlanması və idarə olunması istiqamətində təşkil olunan bu yarış şagirdlərin mühəndislik, innovasiya, komanda işi və problem həll etmə bacarıqlarını nümayiş etdirmələri üçün mühüm beynəlxalq platforma hesab olunur.

Daha ətraflı
“Bərabər addımlar” inklüziv yay düşərgəsi keçirilib.
  • Xəbərlər
  • 29.06.2026, 11:01

“Bərabər addımlar” inklüziv yay düşərgəsi keçirilib.

Ümumilikdə 86 nəfərin iştirak etdiyi düşərgə çərçivəsində iştirakçıların fiziki aktivliyinin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə müxtəlif idman proqramları təşkil edilib. Bununla yanaşı, gənclər və valideynlər üçün psixoloji sessiyalar, maarifləndirici təlimlər və interaktiv oyunlar keçirilib. Düşərgə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqi proqramları təqdim olunub, müxtəlif yaradıcılıq istiqamətləri üzrə master-klaslar, idman və mədəni tədbirlər təşkil edilib. Bu fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onların yeni bilik və bacarıqlar əldə etməsinə töhfə verib. Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim edilib.

Daha ətraflı
“World Robot Caspian Cup 2026” (WRCC 2026) beynəlxalq robototexnika yarışı keçirilib.
  • Xəbərlər
  • 27.06.2026, 13:12

“World Robot Caspian Cup 2026” (WRCC 2026) beynəlxalq robototexnika yarışı keçirilib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Alsenan, SABIS SUN International Schoolun direktoru François Enslin, həmçinin Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təsisçisi və WRCC-nin sədri Rəhman Rəsulzadə çıxış edərək beynəlxalq robot olimpiadasının uğurlu təşkili, əhəmiyyəti, süni intellekt və innovasiyanın gələcəyin inkişafındakı rolundan danışıblar. İyunun 27-28-də Bakı İdman Sarayında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Misir, Gürcüstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Oman, Pakistan və Özbəkistandan olan komandalar da iştirak ediblər. WRCC 2026 çərçivəsində "AI Champion", "BoxBot", "Fastest Line Follower", "RoboSoccer", "RC Craft, Drone FPV", "Drone Soccer", "BotsComba"t (15 və 30 kq) və "Open Category" yarışları təşkil olunub. Açıq kateqoriyada iştirakçılar kənd təsərrüfatı, minatəmizləmə və ekoloji problemlərə yönəlmiş innovativ mühəndislik layihələrini təqdim ediblər.

Daha ətraflı
“AQEM ölkələrinin gəncləri arasında nitq və debat” yarışı keçirilib.
  • Xəbərlər
  • 27.06.2026, 13:02

“AQEM ölkələrinin gəncləri arasında nitq və debat” yarışı keçirilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv olan 17 ölkədən ümumilikdə 50-yə yaxın gəncin iştirak etdiyi yarış maraqlı intellektual mübarizə ilə yadda qalıb. Yarışın böyük maraqla izlənilən final mərhələsində “Ca-CICA” komandasının üzvləri - Məhəmmədəli Meyramulı (Qazaxıstan), Əzizbək Toirov (Özbəkistan) və Cavidan Muradov (Azərbaycan), həmçinin “Rupee-Manat” komandasının üzvləri - Nihad Cavadlı (Azərbaycan), Akila Çamodya Mallikaraççige Don (Şri-Lanka) və Hüseyn Alparslan (Azərbaycan) mübarizə aparıblar. Hakimlər heyətinin yekun qərarına əsasən, turnirin qalibi “Rupee-Manat” komandası, “Ən yaxşı natiqi” adına isə Veronika Alimetova (Azərbaycan) seçilib.

Daha ətraflı
AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.
  • Xəbərlər
  • 26.06.2026, 13:19

AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.

“Marriott Boulevard” hotelində keçirilən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış edərək AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin dəstəklənməsinin daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcəyini bildiriblər. Ardınca videoçarx nümayiş etdirilib. “Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı” mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib. Gündəliyin təsdiqindən sonra iclas öz işini gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə davam etdirib. İclas çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib, AQEM Gənclər Şurasının 9-cu iclasının Tövsiyələr sənədi müzakirə olunub. Günün ikinci yarısında isə “AQEM ölkələrinin gənclər arasında nitq və debat” müsabiqəsinə hazırlıq məqsədilə təlim sessiyası təşkil olunub. Sessiyada iştirakçılara debat texnikaları və Karl Popper formatı üzrə təlim keçirilib, müsabiqənin mövzusu və debat mövzuları barədə ətraflı məlumat verilib.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
  • Xəbərlər
  • 26.06.2026, 13:17

Gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüş zamanı AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb. Görüşdə həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı
Türkiyənin Şanlıurfa Gənclər və İdman İdarəsi və Şanlıurfa Gənclər Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
  • Xəbərlər
  • 24.06.2026, 13:18

Türkiyənin Şanlıurfa Gənclər və İdman İdarəsi və Şanlıurfa Gənclər Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafına yönəlmiş proqramlar, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, eləcə də Gənclər Evlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin tərəflər arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfər proqramı çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edib. Qonaqlar həmçinin Bakı Gənclər Mərkəzi və Sabunçu Gənclər Evində keçirilən infotur və görüşlərdə iştirak edərək həmin müəssisələrin fəaliyyəti, gənclər üçün yaradılmış imkanlar və həyata keçirilən layihələrlə tanış olublar.

Daha ətraflı
“Sənətim” İnkişaf Proqramı təşkil olunub.
  • Xəbərlər
  • 22.06.2026, 13:09

“Sənətim” İnkişaf Proqramı təşkil olunub.

Proqram çərçivəsində iştirakçılar “Zirvə” və “Təməl” komandalarına bölünərək müxtəlif peşə istiqamətləri üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər. Təlimlər zamanı onlar gözəllik sənayesi, saç düzümü və saç kəsimi texnikaları, makiyaj, dırnaq dizaynı, toxuculuq və dizayn, tikiş texnologiyaları, ilkin biznes bacarıqları, maliyyənin idarə olunması, avtomobil diaqnostikası və hibrid texnologiyalar, düzgün və təsirli nitq, eləcə də qastronomiya sahələri üzrə bilik və bacarıqlar qazanıblar. Hər günün sonunda təşkil olunan təqdimat sessiyalarında iştirakçılar hazırladıqları işləri nümayiş etdirərək əldə etdikləri bilik və bacarıqları təqdim ediblər. Bununla yanaşı, proqram çərçivəsində komanda oyunları və intellektual yarışlar da keçirilib. İnkişaf proqramı qala gecəsi ilə yekunlaşıb. Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Proqram ərzində əldə olunan ümumi nəticələrə əsasən “Təməl” komandası qalib elan edilərək mükafatlandırılıb.

Daha ətraflı
“Azerbaijan International Robotics Olympiad – AIRO 2026” keçirilib.
  • Xəbərlər
  • 19.06.2026, 13:21

“Azerbaijan International Robotics Olympiad – AIRO 2026” keçirilib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin müdiri Vüsalə Qurbanova, “Azerbaijan International Robotics Olympiad”ın baş koordinatoru İmamir Mirzoyeva və "XBOT AZ" şirkətinin təsisçisi Erika Xu çıxış edərək yarışın uğurlu təşkili və əhəmiyyətindən danışıblar. Layihənin əsas məqsədi yeniyetmə və gənclərdə mühəndislik, robototexnika və proqramlaşdırmaya marağın artırılması, eləcə də onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir. Sonda hər bir kateqoriya üzrə fərqlənən iştirakçılar medal və diplomlarla təltif olunublar.

Daha ətraflı
"Sərhədsiz gənclər: regional rifahın birgə təşviqi" mövzusunda 14-cü Gənclər İnkişaf Forumu keçirilib.
  • Xəbərlər
  • 16.06.2026, 05:57

"Sərhədsiz gənclər: regional rifahın birgə təşviqi" mövzusunda 14-cü Gənclər İnkişaf Forumu keçirilib.

Forumda gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, maliyyə nazirinin birinci müavini Anar Kərimov, IsDB-nin Şimali Afrika və Mərkəzi Asiya üzrə regional meneceri İdrissa Dia, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov çıxış ediblər. Daha sonra panel müzakirədə gənclərin biznes imkanları, bilik mübadiləsi və rəqəmsal iqtisadiyyata çıxışının genişləndirilməsi məsələləri müzakirə olunub.

Daha ətraflı
XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.
  • Xəbərlər
  • 15.06.2026, 06:03

XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edilib. Rəsmi açılışdan sonra oyunlara start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışının ardınca mükafatlandırma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər. Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Daha ətraflı
Regional İntellekt Liqasının final mərhələsi keçirilib.
  • Xəbərlər
  • 15.06.2026, 05:41

Regional İntellekt Liqasının final mərhələsi keçirilib.

Mart ayından start götürən liqa çərçivəsində ölkənin 10 regional mərkəzində təşkil olunan və 60-dan çox komandanın tərkibində 500-dən artıq gənci bir araya gətirən seçim turlarının ardından final mərhələsində regionların ən güclü 10 komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə mübarizə aparıb. Yekun nəticələrə əsasən, Mingəçeviri təmsil edən “Lego” komandası birinci, Naxçıvanın “Turangheta” komandası ikinci, Oğuzun “Rəvan Oğuz” komandası isə üçüncü yerə layiq görülüblər.

Daha ətraflı
“Cəsur kadet” sınaq günləri keçirilib.
  • Xəbərlər
  • 15.06.2026, 05:30

“Cəsur kadet” sınaq günləri keçirilib.

Gənclər və İdman Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onların fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılması, şanlı Zəfər tarixinin təbliğ edilməsi olub. Üç gün davam edən 500-dən çox gəncin iştirak etdiyi sınaq günlərində iştirakçılar "Avtomatın sökülüb-yığılması", "Darağa patronların doldurulub-boşaldılması", "Pnevmatik silahla hədəfə atəş açılması", "Airsoft silahla praktiki atışlar", "Qumbara qaçışı", "Elektron tirdən atışlar", "Qum kisəsi ilə qaçış", "Yük maşını təkərinin çevrilməsi", “Şuşa əməliyyatı” qum sandığında, “Zəfər” çadırı kimi fəaliyyətlərə cəlb olunublar. Uğurlu nəticə göstərən gənclərə sertifikatlar təqdim olunub.

Daha ətraflı
“RobotChallenge Azerbaijan 2026” keçirilib.
  • Xəbərlər
  • 13.06.2026, 06:43

“RobotChallenge Azerbaijan 2026” keçirilib.

İyunun 13–14-də Bakı Kristal Zalında Gənclər və İdman Nazirliyi və “Azercell”in dəstəyi, həmçinin 4SİM, KOBİA, İnkubasiya və Akselerasiya Mərkəzi (İNNOLAND), İnnovasiyalar Mərkəzi, Azercosmos və STEAM Azərbaycanın tərəfdaşlığı ilə dünyanın aparıcı beynəlxalq texnologiya yarışlarından biri olan “RobotChallenge”in Azərbaycan üzrə yerli mərhələsi – “RobotChallenge Azerbaijan 2026” keçirilib. Tədbir çərçivəsində 600-dən çox iştirakçı və 200-dən çox komanda müxtəlif kateqoriyalar üzrə öz bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb. “RobotChallenge Azerbaijan 2026”nın açılış mərasimində Azərbaycan və Çin mədəniyyət elementlərinin sintezi əsasında hazırlanmış proqram texnologiya ilə mədəni irsin harmoniyasını nümayiş etdirib və iştirakçılarla qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edərək gənclərin innovasiya sahəsində potensialını yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında gənclərin texnologiya və innovasiya sahəsində inkişafının vacibliyini qeyd edib, belə platformaların gələcəyin peşəkar kadrlarının formalaşmasında mühüm rol oynadığını bildirib. Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyənləşdirilib. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12-si I yerə, 12-si II yerə, 12-si isə III yerə layiq görülərək mükafatlandırılıblar.

Daha ətraflı
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi təşkil olunub.
  • Xəbərlər
  • 12.06.2026, 06:00

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi təşkil olunub.

Düşərgədə “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetini təmsil edən 100-dən artıq könüllü iştirak edib. Proqram çərçivəsində gənclər ölkəmizin müasir tarixi, Qərbi Azərbaycan həqiqətləri və milli yaddaş mövzularını əhatə edən panel müzakirələrə, maarifləndirici sessiyalara, intellektual oyunlara və komanda fəaliyyətlərinə qatılıblar. Eyni zamanda iştirakçılar Qərbi Azərbaycan gerçəkliklərini əks etdirən “Nəsil ağacı” sənədli filmini izləyib, müxtəlif interaktiv tapşırıqlar və qrup işləri vasitəsilə mövzu üzrə bilik və məlumatlarını daha da zənginləşdirmək imkanı əldə ediblər.

Daha ətraflı
Azərbaycan gəncləri “Almatı – Türk Dünyasının Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində iştirak edib.
  • Xəbərlər
  • 12.06.2026, 05:33

Azərbaycan gəncləri “Almatı – Türk Dünyasının Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində iştirak edib.

Düşərgədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tacikistan və Türkmənistandan olan rəsmi nümayəndələr iştirak ediblər. Proqram çərçivəsində gənclər siyasəti, rəqəmsal transformasiya, süni intellekt, ekoloji təşəbbüslər və liderlik mövzularına həsr olunmuş forumlar və panel müzakirələri təşkil edilib. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və uğurlu təcrübələr barədə məlumat verib. Bağlanış mərasimində “Türk Dünyasının Gənclər Paytaxtı” layihəsinin rəmzi açarı növbəti ev sahibi ölkə olan Özbəkistan nümayəndə heyətinə təqdim olunub.

Daha ətraflı
Nazir nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
  • Xəbərlər
  • 09.06.2026, 06:46

Nazir nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

Belarus, Yunanıstan, İtaliya, Fransa və Türkiyədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, uğurları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.

Daha ətraflı