Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
23 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, Naxçıvan Baş Gömrük İdarəsi birinci, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ikinci, Maliyyə Nazirliyi isə üçüncü yerə layiq görülüb. Qalib komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak hüququ qazanıblar.