Proqramın həyata keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, Türkiyənin gənclər siyasəti və gənclərlə iş mexanizmləri ilə tanışlığın təmin edilməsi, gənclər mərkəzlərinin fəaliyyəti ilə tanışlıq, eləcə də mədəni proqramlar vasitəsilə iki ölkənin gəncləri arasında qarşılıqlı qardaşlıq və dostluq əlaqələrinin gücləndirilməsidir.

Proqram çərçivəsində Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyində görüş təşkil edilib, Ceren Damar, Talas Gənclik Mərkəzləri ziyarət olunub. Mərkəzlərdə Türkiyə və Azərbaycan gəncləri üçün müxtəlif fəaliyyətlər həyata keçirilib.

Mübadilə zamanı gənclər Anadolu Mədəniyyətlər Muzeyi, Ankara Qalası, Hamamönü, Üçhisar Qalası, Milli Mücadilə Muzeyi, Kayseri Qalası kimi müxtəlif mədəniyyət abidələrini ziyarət edib, Türkiyə Respublikasının tarixi ilə  yaxından tanış olublar.