Təlimin açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva və AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış ediblər.

Təlimin birinci hissəsi AKTA-nın ekspertləri Humay Hüseynova və Xədicə Tağızadə Bürcəliyeva tərəfindən keçirilib. Bu hissədə informasiya təhlükəsizliyinin əsas prinsipləri, kibertəhdidlərin növləri, fişinq hücumları, sosial mühəndislik, zərərli keçidlər və fayllar, parol təhlükəsizliyi, şəxsi və xidməti məlumatların qorunması ilə bağlı məlumatlar təqdim olunub.

Təlimin ikinci hissəsində Rauf Cabarov tərəfindən informasiya və kibertəhlükəsizlik üzrə təqdimat keçirilib. Təqdimatda müasir kibertəhdidlər, süni intellektdən təhlükəsiz istifadə qaydaları və təşkilat daxilində informasiya təhlükəsizliyinin təmin edilməsində əməkdaşların rolu barədə məlumat verilib.