Beynəlxalq təmsilçilik

Gənclərin beynəlxalq səfər və tədbirlərdə iştirakını dəstəkləmək üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə aşağıdakı şərtlərə uyğun olaraq müraciət etmək mümkündür:

Müraciət müddəti:

  • Vizaya ehtiyacı olan gənclər beynəlxalq tədbirdə iştirakla bağlı Nazirliyə səfər tarixindən ən azı 45 gün əvvəl müraciət etməlidirlər.
  • Vizaya ehtiyacı olmayan gənclər isə beynəlxalq tədbirdə iştirakla bağlı Nazirliyə səfər tarixindən ən azı 30 gün əvvəl müraciət etməlidirlər.
  • İstisna hallar mümkündür (tədbirin əhəmiyyətindən asılı olaraq).

Lazımi sənədlər:

  1. Müraciət məktubu
    • Tədbirdə iştirakın önəmi ətraflı şəkildə qeyd edilməlidir.
    • Məktub Azərbaycan dilinin qaydalarına uyğun olaraq tərtib edilməlidir.
    • Məktub Gənclər və idman nazirinə ünvanlanmalıdır.
  1. Dəvət məktubu
    • Tədbir təşkilatçılarından alınan dəvət məktubu təqdim edilməlidir.
    • Dəvət məktubunda onun kimə ünvanlandığı  və hansı xərclərin qarşılandığı aydın şəkildə göstərilməlidir.
  1. Tədbir haqqında məlumat
    • Tədbir haqqında ümumi məlumat (tədbirin rəsmi saytı daxil olmaqla) təqdim olunmalıdır.
  1. Dəstək məktubu
    • Əgər müraciət edən şəxs təhsil müəssisəsinin və ya digər bir qurumun nümayəndəsidirsə, həmin təşkilatdan dəstək məktubu təqdim olunmalıdır.
  1. Şəxsiyyət vəsiqəsi və passportun nüsxəsi
    • Şəxsiyyətin təsdiqi üçün vəsiqənin və passportun surəti əlavə edilməlidir. Etibarlılıq müddətinə diqqət edilməlidir.
  1. CV forması 
    • Şəxsin təhsili, sosial ictimai fəaliyyəti, əmək fəaliyyəti (varsa) və haqqında digər məlumatları özündə əks etdirməlidir.
  1. Motivasiya məktubu
    • Tədbirdə iştirak motivasiyası və gözləntilər ifadə edilməlidir.

Xərclər barədə:

  • İştirak haqqı xərcləri qarşılanmır.
  • Dəvət məktubunun şərtlərindən asılı olaraq nəqliyyat, ezamiyyə, və viza xərcləri qarşılana bilər.

Qeyd:

  • Səfər və ya tədbirin dəstəklənməsi Nazirliyin “Gənclərlə iş” şöbəsinin müraciəti araşdırmasından, mövcud imkanlardan və tədbirin əhəmiyyətindən asılıdır. Yekun qərar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi tərəfindən verilir.

Müraciət üçün:

  • Müraciət məktubu və müvafiq sənədləri Gənclər və İdman Nazirliyinə gələrək əyani şəkildə təqdim edə, yaxud [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.