Toplantıda birgə qrant müsabiqəsi ilə bağlı suallar cavablandırılıb, iştirakçılara müvafiq izahlar verilib. İnfosessiyada 50-yə yaxın QHT nümayəndəsi iştirak edib.
Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın 10-da başlanılıb. Müraciət üçün son tarix 1 oktyabrdır.
Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təklifləri ekspertizadan keçiriləcək, layihələr təhlil olunacaq, qaliblər müəyyənləşdiriləcək və nəticələr açıqlanacaq.