Gənclər və İdman Nazirliyinin dəstəyi və Təhsil Oyunları Platformasının təşkilatçılığı ilə 10-11 oktyabr 2026-cı il tarixlərdə Bakı şəhərində “Caspian Cup-2026” intellektual oyunlar üzrə beynəlxalq turniri keçirilib.
Turnir çərçivəsində “Xəmsə”, Nə? Harda? Nə zaman? və Komanda "Fərdi oyunu" üzrə yarışlar keçirilib. Bu ənənəvi yarışda 12 yerli, 13 xarici komanda olmaqla ümumilikdə 25 komanda iştirak edib. Xarici komandalar Qazaxıstan, Özbəkistan, Latviya, Almaniya, Rusiya və ABŞ-dan olan komandalardır.
Komanda "Fərdi oyunu";
1-ci yer- Azərbaycan, Murad Axundovun komandası,
2-ci yer - Azərbaycan, Nigar İbrahimovanın komandası,
3-cü yer- Azərbaycan, Əkbər Dadaşlının komandası,
Nə? Harda? Nə zaman?;
1-ci yer - ABŞ, Vladimir Qramaqinin komandası,
2-ci yer - Rusiya, İrina Palfinovanın komandası,
3-cü yer - Azərbaycan, Murad Axundovun komandası,
Xəmsə;
1-ci yer - Qazaxıstan , Meruert Akkanovanın komandası,
2-ci yer - Rusiya, İrina Panfilovanın komandası,
3-cü yer - Özbəkistan, Askar Zaitovun komandası.