Sentyabrın 3-dən 8-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, “Əlilliyi Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində inklüziv düşərgə keçirilib.
Daha ətraflı
30 avqust - 5 sentyabr 2026-cı il tarixlərində Gürcüstanın Kvareli şəhərində Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənclərin iştirakı ilə “Beynəlxalq Gənclər Düşərgəsi” keçirilib.
Daha ətraflı
Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə “Kəndə gəl” yay düşərgəsi keçirilib.
Daha ətraflı
Təlim proqramı çərçivəsində iştirakçılara media və kommunikasiya sahəsinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Daha ətraflı
Forum çərçivəsində keçirilən “Governing Council Meeting” zamanı təşkilatın illik hesabatı və növbəti fəaliyyət planı təqdim olunub. 18 ölkənin nümayəndəsinin səsverməsi nəticəsində ALSA Azərbaycan təşkilatın tamhüquqlu üzvü statusunu qazanıb.
Daha ətraflı
Sentyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə ötən ay ərzində beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Nazir gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübə barədə fikir mübadiləsi aparıb.
Daha ətraflı
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində V Kazan Qlobal Gənclər Sammitində ölkəmizi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Əliyev təmsil edib.
Daha ətraflı
Avqustun 18-dən 25-dək Çinin Pekin şəhərində keçirilən “World Robot Contest Final 2026” beynəlxalq yarışında Azərbaycanı təmsil edən yeniyetmə və gənclərdən ibarət milli komanda uğurla çıxış edib. 22 ölkədən 1000-dən çox komandanın və 3000-dən artıq iştirakçının mübarizə apardığı yarışda komandalar müxtəlif texnologiya və robototexnika istiqamətləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Daha ətraflı
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və “Enactus Azərbaycan”ın ölkə üzrə rəhbəri Rəşad Zeynalov iştirak ediblər.
Daha ətraflı
Görüşdə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Daha sonra iştirakçıların sualları dinlənilib və Fərid Qayıbov tərəfindən cavablandırılıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Daha ətraflı
19–22 avqust 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd və Əndican şəhərlərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən “Türk dünyası yazarlarının toplantısı”nda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanı Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar təmsil edib.
Daha ətraflı
Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda ölkəmizi təmsil edən milli komanda 8 layihə ilə iştirak edərək 3 qızıl,3 gümüş,2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi Grand Prix” mükafatına layiq görülüb. Gənclərimizi ürəkdən təbrik edirik.
Daha ətraflı
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xədicə Hüseynli və Murad Qaramollayev 21-23 avqust 2026-cı il tarixlərdə Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən “Guangzhou International Exhibition of Inventions (IEI)” beynəlxalq ixtira sərgisində uğurla iştirak edib.
Daha ətraflı
Avqustun 21-22-də Qazaxıstanın Astana şəhərində “Könüllülük vasitəsilə birlik: tərəfdaşlıq, etimad, inkişaf” mövzusunda Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Könüllülər Forumu keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyi 10 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Daha ətraflı
Dünyanın 100-dən çox ölkəsindən 800-dən artıq tibb tələbəsini bir araya gətirən IFMSA Baş Assambleyasının (August Meeting 2026) builki toplantısı Qazaxıstan Respublikasının Astana şəhərində keçirilib.
Daha ətraflı
10–15 avqust tarixlərində Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində “Gənclər – Gələcəyin yaradıcıları” V Beynəlxalq Ekoloji Qurultayı keçirilib.
Daha ətraflı
Çinin Pekin şəhərində keçirilən “RobotChallenge Global Final China 2026” yarışında Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası uğurla iştirak edib. Yarışda 43 ölkədən 2200-dən çox komanda olmaqla ümumilikdə 4600-dən çox iştirakçı mübarizə aparıb. Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova da iştirak ediblər.
Daha ətraflı
Avqustun 11-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə növbəti görüşünü keçirib. Nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb.
Daha ətraflı
Avqustun 5-dən 9-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı İctimai Xorunun təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində 120 gəncin iştirakı ilə ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi keçirilib. Düşərgənin əsas məqsədi gənclərin xor sənətinə marağının artırılması, yaradıcılıq potensialının inkişafına dəstək göstərilməsi və Azərbaycanda xor mədəniyyətinin inkişafına töhfə vermək olub.
Daha ətraflı
Böyük Britaniyanın London şəhərində keçirilən robototexnika üzrə “IWISE London Global Final” yarışında Azərbaycanın 🥇“JoshuaTech” komandası “Labirint” kateqoriyasında 18 komanda arasında, 🥇“Dinoco” komandası isə “Footballbot Robot” kateqoriyasında 14 komanda arasında birinci yerə layiq görülüb.
Daha ətraflı
5–7 avqust 2026-cı il tarixlərində Belçikanın Antverpen şəhərində keçirilən konqresdə təqdim olunan tədqiqat kosmetik məhsullarda ağır metalların məhkəmə-tibbi qiymətləndirilməsi, onların insan sağlamlığı və təhlükəsizliyi baxımından potensial riskləri, eləcə də bu sahədə hüquqi və tənzimləyici aspektlərə həsr olunmuşdur.
Daha ətraflı
Avqustun 4-dən 7-dək Quba Olimpiya İdman Təlim-Tədris və İstirahət Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 120 gəncin iştirakı ilə “#Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib. Düşərgə müddətində iştirakçılara Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi-praktiki təlimlər və hərbi-idman oyunları keçirilib.
Daha ətraflı
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənclər Təşkilatları Milli Şurası, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həyat bacarıqları” adlı inklüziv düşərgə keçirilib.
Daha ətraflı
İyulun 29-dan 31-dək Şəki Olimpiya İdman Kompleksində respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 120 tələbənin iştirakı ilə “GİNius 48 saat” Fibonacci intellektual-əyləncəli kvesti keçirilib.
Daha ətraflı