150 gəncin iştirak etdiyi düşərgə çərçivəsində dayanıqlı inkişaf, inklüziv ünsiyyət, süni intellekt və rəqəmsal texnologiyalardan etik istifadə, gələcəyin əmək bazarı və layihələrin idarə edilməsi mövzularında təlimlər, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub.
 
Həmçinin “SDG Simulation: 2030” simulyasiyası vasitəsilə iştirakçılar yaşıl keçid, enerji, iqlim maliyyəsi və dayanıqlı şəhərlər kimi istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
 
Düşərgənin son günündə iştirakçılar Şəki şəhərinin tarixi və mədəni irsi ilə tanış olublar.