Yarışda müxtəlif ölkələrdən olan 91 komanda mübarizə aparıb. Formula 1-in dəstəklədiyi STEM Racing proqramı gənclərin mühəndislik, texnologiya, aerodinamika və layihələrin idarə olunması sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib. İştirakçılar Formula 1 bolidlərinin 1:25 miqyaslı modellərini layihələndirərək hazırlayır və onları xüsusi 20 metrlik trasda yarışdırırlar.