Tədbirlərdə nazir müavini İndira Hacıyevanın rəhbərliyi ilə altı nəfər tərkibdə gənclərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Açılış mərasimində Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyinin direktoru Alişer Sadullayev və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Nuru Quliyev çıxış edərək qonaqları salamlayıbılar. Tədbirlər Türk dünyasının gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi, innovasiya və sahibkarlığın təşviqi, gənclərə təsir edən müasir çağırışların müzakirəsi üzrə dialoqun inkişafı, eləcə də ekoloji maarifləndirmə və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. Forumlar çərçivəsində keçirilən panel sessiyalarda və müzakirələrdə startapçı gənclərimiz və gənc ekoloqlarımız fəal iştirak ediblər.