Tədbir çərçivəsində nümayəndə heyətimizin üzvləri müxtəlif panellərdə və konfranslarda çıxış edib, festival-oyunlar zamanı isə müxtəlif incəsənət nominasiyaları üzrə musiqi ifaları təqdim olunub. Oyunların nəticələrinə əsasən, Azərbaycan təmsilçisi Şəmistan Əliyev nəfəsli alətlər nominasiyasında birinci yerə layiq görülüb.