Səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib. FAO nümayəndələri ilə görüşlərdə isə gənclərin aqrar sahədə rolunun gücləndirilməsi, dayanıqlı kənd təsərrüfatının inkişafı və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, müxtəlif ölkələrdən olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimat edilib.