Görüş zamanı TGT sədrləri və sədr müavinləri müxtəlif layihə və təşəbbüslərlə bağlı təkliflərini səsləndirib, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələlər və onların həlli yolları barədə fikirlərini bölüşüblər. Tələbələrin ictimai fəallığının artırılması, yeni layihələrin təşkili və tələbə-gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Fərid Qayıbov iştirakçıların təklif və müraciətlərini dinləyib, səsləndirilən məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.