Düşərgənin keçirilməsində məqsəd Azərbaycan və Gürcüstan gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gənclərin təcrübə mübadiləsi imkanlarının artırılması, şəxsi inkişaflarına töhfə verilməsi, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Düşərgə proqramı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri və dayanıqlı sahibkarlıq mövzularında təlim və interaktiv sessiyalar keçirilib, komanda quruculuğu tapşırıqları və idman yarışları təşkil olunub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın mədəni irsinin qarşılıqlı tanıdılması məqsədilə milli mətbəx nümunələrinin hazırlanması, mədəniyyət gecəsi, “Təkrar emal olunmuş materiallardan moda nümayişi” və digər mədəni tədbirlər keçirilib.