Forumun məqsədi kreativ sənayelərin inkişafı, gənclər diplomatiyasının gücləndirilməsi və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, həmçinin gənclər arasında dialoq, mədəni mübadilə və layihə əməkdaşlığının təşviq edilməsi olub.

Tədbir çərçivəsində panel müzakirələri, tematik sessiyalar, ustad dərsləri və gənclər layihələrinin təqdimatları keçirilib. Proqram kinematoqrafiya, müasir xoreoqrafiya, musiqi, marketinq, süni intellekt və tədbirlərin təşkili olmaqla 6 istiqaməti əhatə edib.

Azərbaycanlı iştirakçılar forumun müxtəlif sessiyalarına və tematik müzakirələrinə qatılaraq digər ölkələrdən olan gənclərlə fikir və təcrübə mübadiləsi aparıblar.

Forum çərçivəsində iştirakçılar üçün “Upgrade Talks” şəbəkələşmə sessiyası, layihə təqdimatları və mədəni proqram da təşkil olunub.