Düşərgə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən hərbi-idman və praktiki hazırlıq məşğələləri keçirilib. İştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə “Səmti müəyyənetmə oyunu” təşkil olunub.
Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova düşərgə iştirakçıları ilə görüşərək onların fəaliyyəti ilə maraqlanıb və təkliflərini dinləyib.
Proqram çərçivəsində gənclər “Vətənpərvərlik nədir?” mövzusunda təqdimatlar və Vətən müharibəsinə həsr olunmuş videoçarxlar hazırlayaraq nümayiş etdiriblər. Həmçinin müxtəlif idman yarışları, “Söz səndədir” natiqlik təlimi, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarış və “Məclisi-üns” bədii proqramı keçirilib.
Yekun nəticələrə əsasən “Canavarlar” komandası birinci, “Qartallar” komandası ikinci, “Mübarizlər” komandası isə üçüncü yerə layiq görülüb.