Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistan Respublikasının idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.
Daha ətraflı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib.
Daha ətraflı
Azərbaycan nümayəndə heyəti “Microsoft Office Specialist (MOS) World Championship” yarışmasında ölkəmizi təmsil ediblər.
Daha ətraflı
Festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Daha ətraflı
İyulun 20-dən 26-dək Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında “Respublika Gəncləri Debat Forumu-2026” keçirilib.
Daha ətraflı
İyulun 25-də Gənclər və İdman Nazirliyinin “Gənclər arasında” yeni layihəsi çərçivəsində birinci görüş Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə keçirilib.
Daha ətraflı
İyulun 20-dən 25-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Beynəlxalq Caz Festivalının təşkilatçılığı ilə Mingəçevir şəhərində “I am Jazzman” 2026 müsabiqəsinin yekun turu və qala konserti keçirilib. Layihədə ümumilikdə 61 nəfər iştirak edib.
Daha ətraflı
Gənclər və İdman Nazirliyinin beynəlxalq təmsilçiliyin dəstəklənməsi proqramı çərçivəsində şəhid övladları ABŞ-ə səfər edib.
Daha ətraflı
Hər il olduğu kimi, bu il də respublikanın 77 rayon və şəhərindən 8–14 yaşlı uşaq və gənclər düşərgələrə cəlb olunurlar. İştirakçılar əsasən şəhid və qazi övladları, aztəminatlı və çoxuşaqlı ailələrin övladları, sağlamlıq imkanları məhdud uşaq və gənclər, eləcə də intellektual, yaradıcılıq, idman və bilik müsabiqələrinin qalibləridir.
Daha ətraflı
Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən V “Global Culinary Challenge Malaysia” beynəlxalq yarışında kulinariya üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası ölkəmizin qastronomik mədəniyyətini uğurla təmsil edərək yüksək nəticələr qazanıb.
Daha ətraflı
İyulun 20-24-də “Gənclər Paytaxtı” Goranboy şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Amin Media Qrup”un təşkilatçılığı ilə inklüziv yarış keçirilib.
Daha ətraflı
İyulun 21-22-də Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə regional gənclər və idman idarələrinin, onların tabeliyində olan rayon və şəhər gənclər və idman sektorlarının, eləcə də Gənclər Evi sosial xidmət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün “Sağlam ailə və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Daha ətraflı
Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Tədbirdə davamlı inkişaf məqsədlərinin icrası, eləcə də gənclərin bu prosesdə rolu ilə bağlı müzakirələr aparılıb.
Daha ətraflı
İyulun 12–16-da Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “CAVAN” Gənclər Hərəkatının təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində keçirilən “Creative Zone” düşərgəsi gənclərə texnologiya və incəsənətin vəhdətini yaxından tanımaq imkanı yaradıb.
Daha ətraflı
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 11-16-da Şəki Olimpiya İdman Kompleksində “El-oba” milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgədə respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 60 nəfər gənc iştirak edib.
Daha ətraflı
İyunun 15-dən “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” hotelinin tərəfdaşlığı ilə Lənkəranda V “YAŞAT” düşərgəsinə start verilib.
Daha ətraflı
İyulun 6-12-də Gənclər və İdman Nazirliyinin və Milli Aviasiya Akademiyasının dəstəyi, Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba rayonunda keçirilən “SkyLab” düşərgəsi gənclərə aviasiya və kosmos sahələrini daha yaxından tanımaq imkanı yaradıb.
Daha ətraflı
İyulun 6-dan 10-dək Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumunda (WSIS Forum 2026) və “AI for Good” Qlobal Sammitində iştirak edib.
Daha ətraflı
İyulun 2-8-də İtaliyanın Roma şəhərində keçirilən “International STEM Olympiad 2026” beynəlxalq olimpiadasının böyük final mərhələsində Azərbaycanı İmran Abdullazadə və İbrahim Balaqadaşlı təmsil ediblər.
Daha ətraflı
Açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış ediblər. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən “Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda – Mingəçevir şəhərində təşkil olunur. İyulun 11-dək davam edəcək Kiber yay məktəbi çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlim proqramı keçiriləcək.
Daha ətraflı
Konfrans çərçivəsində nümayəndələrimiz regional və beynəlxalq elmi əməkdaşlıq platformalarında Azərbaycanın gənc alimlərinin rolunun gücləndirilməsi istiqamətində mühüm görüşlər keçirib, aktual məsələlər ətrafında müzakirələr aparıblar.
Daha ətraflı
“AI for Good” Qlobal Sammiti çərçivəsində keçirilən “Amazon Web Services AI League” süni intellekt yarışında Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Zaman Kazımov birinci yerə layiq görülüb. Təbrik edirik!
Daha ətraflı
Qəbələ Mədəniyyət Mərkəzində baş tutan mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmilər, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” mərhələlərində, həmçinin “Mənim ölkəm, mənim komandam” müsabiqəsində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası qalib gəlib. Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü yerə layiq görülüb.
Daha ətraflı
İyulun 3-də gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərinə səfəri çərçivəsində düşərgə iştirakçıları ilə görüşüb. Görüşdə nazir Fərid Qayıbov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə məlumat verib. Sonra görüş interaktiv müzakirə formatında davam edib, nazir iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
Daha ətraflı