Səfər çərçivəsində İntiqam Yaşar Türk dünyasının müxtəlif ölkələrindən olan yazar və ədəbiyyat nümayəndələri ilə görüşlərdə iştirak edib, Türk dünyasında gənc yazarlar arasında əməkdaşlığın inkişafı, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, ortaq nəşrlərin və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb.
Həmçinin, 2026-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Əndican şəhərində keçirilən toplantı və böyük türk alimi, yazarı və sosioloqu Ziya Göyalpın 150 illiyinə həsr olunmuş anım tədbirində iştirak edilib.
Səfər zamanı Özbəkistanın tarixi-mədəni məkanlarına ziyarətlər də təşkil olunub.