Avqustun 21-22-də Qazaxıstanın Astana şəhərində “Könüllülük vasitəsilə birlik: tərəfdaşlıq, etimad, inkişaf” mövzusunda Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Könüllülər Forumu keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyi 10 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.

MDB-yə üzv ölkələrin dövlət qurumlarının, könüllü təşkilatlarının və fəal könüllülərinin bir araya gəldiyi Forumda nümayəndə heyətinin üzvləri gənclər arasında könüllülüyün təşviqi, korporativ könüllülük və beynəlxalq əməkdaşlıq mövzularında keçirilən panel sessiyalarında məruzəçi qismində çıxış ediblər. Çıxışlarda Azərbaycanın könüllülük modeli, bu sahədə həyata keçirilən təşəbbüslər və əldə olunan təcrübə barədə məlumat verilib.