Qazaxıstan, Macarıstan, İsveçrə, Malayziya, İtaliya, Böyük Britaniya, ABŞ, Finlandiya, Özbəkistan və Çində keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.