İştirakçılar arasında “Məclisi-üns” bədii proqramı və “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarış təşkil olunub. Bununla yanaşı, “Rəqəmsal mühitdə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Düşərgə iştirakçıları müxtəlif sınaqlardan keçərək fiziki hazırlıqlarını təkmilləşdirməklə yanaşı, çeviklik, intizam, məsuliyyət, liderlik və komanda ruhu kimi keyfiyyətlərini də inkişaf etdirmək imkanı əldə ediblər.

Yekunda ən yüksək bal toplayan “Aslanlar” komandası birinci, “İgidlər” komandası ikinci, “Əqrəblər” komandası isə üçüncü yerə layiq görülüb.