Azərbaycan təmsilçiləri arasında “Roboboom Parade” kateqoriyasında “RobonovaParade” komandası (Ayxan Mehdiyev, Dilşad Hümbətli, Hüseyn Cəbrayılzadə), “Roboboom Lego Line Straight” kateqoriyasında “UCA” komandası (Uğur Hüseynli, Cavid Rəhmətzadə, Azad Mollazadə) və “Mini Sumo Adult” kateqoriyasında “Nebula” komandası (Rza Qasımov, Vüqar Mürşüdlü, Fərid Mürşüdlü) birinci yerə layiq görülüblər. “Free Style senior” kateqoriyasında Naim Əhməd və “Python B” kateqoriyasında Alper Gözəlov ikinci, “Free Style adult” kateqoriyasında isə “AİRT” komandası (İsmayıl Hacıyev, Rinat Ağayev, Məhəmməd Məhəmmədli) üçüncü yeri tutublar.