Sammit Rusiya Federasiyasının Tatarıstan Respublikası Hökuməti, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilib.

Sammit gənclər sahəsində əsas çağırış və tendensiyaların müəyyənləşdirilməsi, eləcə də təhsil, mədəniyyət və media sahələrində gənclərlə iş üzrə qabaqcıl təcrübələrin mübadiləsi məqsədi daşıyır. Bu çərçivədə gənclərin inkişafı, gələcəyin bacarıqları, təhsil və əmək bazarının dəyişən tələbləri, süni intellekt və müasir təhsil texnologiyaları, beynəlxalq mübadilə və akademik mobillik, rəqəmsal medianın təhsil vasitəsi kimi istifadəsi və gənclərlə iş sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin proqramı çərçivəsində strateji sessiyalar, açıq müzakirələr, ekspert görüşləri, elmi və mədəni proqramlar təşkil edilib. Sammitin açılışında 50 ölkəni təmsil edən iştirakçıların, ümumilikdə isə təxminən 250 nümayəndə və 1000-dən çox dinləyicinin iştirakı nəzərdə tutulub və həyata keçirilib.