Tədbirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AzerMDS “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin nümayəndələri – Gülay Novruzova və Gözəl Fərhadlı iştirak ediblər.
Azərbaycan nümayəndələri 6 günlük tədbir çərçivəsində səsvermələrdə iştirak edib, qlobal səhiyyə, tibbi təhsil, mübadilə, layihə idarəetməsi və bacarıqların inkişafına dair sessiyalara qatılıb, beynəlxalq fikir və təcrübə mübadiləsində fəal iştirak ediblər.