Final mərhələsində Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, AzərbaycanDövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti Qarabağ Universitetinin “Enactus” komandaları sosial sahibkarlıq innovasiyayönümlü layihələrini təqdim ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Naxçıvan Dövlət Universitetinin“Enactus” komandası yarışın qalibi olub. Qalib komanda 2026-cı ildə Braziliyanın San-Paulu şəhərində keçiriləcək “Enactus Dünya Kuboku”nda Azərbaycanı təmsil etməkhüququ qazanıb.

Yarışda II yer Azərbaycan Dövlət İqtisad Universitetinə, III yer isə Bakı Ali Neft Məktəbinə verilib.