100 nəfərin iştirakı ilə keçirilən düşərgənin əsas məqsədi həssas qruplardan olan gənclərin motivasiya və özünəinamının artırılması, peşə və şəxsi bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi olub.
Düşərgə çərçivəsində iştirakçılar üçün müxtəlif mövzularda təlimlər, art-terapiya məşğələləri, komanda oyunları və yaradıcı fəaliyyətlər təşkil olunub.