Düşərgə zamanı iştirakçılar xor sənəti, vokal ifaçılığı və səhnə mədəniyyəti üzrə təlim və ustad dərslərində iştirak edib, həmçinin komanda quruculuğu, layihələrin idarə edilməsi və yaradıcılıqda rəqəmsal alətlərdən istifadə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər. Proqram çərçivəsində tanınmış musiqiçilərlə konsert-görüşlər də təşkil olunub.
Layihənin yekununda gənclər Qax rayonunun yaradılmasının ildönümü ilə əlaqədar “İçəribazar” qala kompleksində və Şəki Xan Sarayında konsert proqramı ilə çıxış ediblər.