Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze də videobağlantı vasitəsilə görüşə qoşularaq gəncləri salamlayıb və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, “Yüksəliş” müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasının rəisi Ramil Hüseynzadə, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gənclər Agentliyinin nümayəndələri, gürcü gənclər və azərbaycanlı könüllülər iştirak ediblər.
Daha sonra gənclər “Sea Breeze” ərazisi ilə tanış olub, burada keçirilən “Sea Breeze Polo Beach 2026” yarışını izləyiblər.
Qeyd edək ki, III Azərbaycan-Gürcüstan Beynəlxalq Gənclər Düşərgəsi sentyabrın 7-dən 14-dək Mingəçevir və Bakı şəhərlərində keçiriləcək.