“Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi” mövzusunda “Yurd.media”nın baş redaktoru Murad Əliyev, “Sosial medianın effektiv idarə edilməsi” mövzusunda İTV-nin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev, “Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi” mövzusunda ARB24-ün icraçı direktoru Elnur Şibliyev, “Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi” mövzusunda isə jurnalist və layihə rəhbəri Xanlar Mehdiyev tərəfindən təlimlər keçirilib.

Layihə çərçivəsində Gənclər Evlərinin əməkdaş və könüllülərinin media savadlılığının artırılması, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gənclər siyasəti çərçivəsində həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə daha peşəkar və effektiv şəkildə çatdırılması üçün yeni imkanlar yaradılıb.