Azərbaycan komandaları beynəlxalq iştirakçılar arasında fərqlənərək 3 xüsusi mükafata layiq görülüblər. "Süni İntellekt" (AI) kateqoriyasında komandamız “Ən yaxşı təqdimat” (Best Presentation Award), "BoxBot" kateqoriyasında “Ən yaxşı üslub” (Best Style Award), "Drone kateqoriyasında" isə “Ən yaxşı komanda ruhu” (Best Team Spirit Award) mükafatlarını qazanıblar.