Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərdən ibarət 10 nəfərlik nümayəndə heyəti ölkəmizi təmsil edib.

Qurultayda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Belarusdan nümayəndələr iştirak ediblər.

Beş günlük proqramda ekologiya, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və dayanıqlı inkişaf mövzularında sessiyalar, milli tanıtım sərgiləri və ekoloji layihələr müsabiqəsi təşkil olunub.
Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və gənclərin ekoloji təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirin sonunda nümayəndə heyətinin üzvləri fəal iştiraklarına görə sertifikatlarla təltif olunub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüblər.