Sərgidə 29 ölkədən 7 kateqoriya üzrə ümumilikdə 3700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsi təqdim olunub.
Xədicə Hüseynli və Murad Qaramollayevin təqdim etdiyi “GeoShield” və “RingXCare” layihələrinin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək gümüş medala layiq görülüb.