Lənkəran şəhərində Türk dünyasının gənclərinin iştirakı, "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı ilə iyunun 12-də "Türk Dövlətləri Təşkilatı (TDT) Gənclərinin Simulyasiya"sı və iyunun 13-də isə Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "III Gənclər Könüllülük və Təhsil Proqramı" təşkil olunacaq.
Bu tədbirlər 11–14 iyun tarixlərini əhatə edəcək və Türk dünyasının müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirəcək, mədəni mübadilə və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Layihələrin əsas məqsədi Türk dünyası gəncləri arasında birliyi möhkəmləndirmək, ortaq dəyərləri təşviq etmək və regional inkişaf naminə fəal, lider ruhlu gənclərin formalaşmasına töhfə verməkdir.