Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək düşərgənin məqsədi gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onların hərbi, fiziki hazırlığının və praktiki bacarıqlarının inkişaf etdirilməsi, komanda işi və liderlik keyfiyyətlərinin formalaşdırılması, eyni zamanda sağlam həyat tərzinin, şanlı Zəfər tariximizin və milli-mənəvi dəyərlərin təbliğ etməkdir.
Peşəkar təlimçilər tərəfindən təşkil olunacaq hərbi-simulyativ fəaliyyətlərdə iştirak edən gənclər həm nəzəri, həm də praktiki bilik və bacarıqlar əldə edəcək, müxtəlif çətin tapşırıqlarda özlərini sınayacaq və unudulmaz düşərgə təcrübəsi yaşayacaqlar.
📍 Məkan: Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksi
📅 Tarix: 10-13 sentyabr 2026-cı il
İştirak şərtləri:
• 17–22 yaş aralığında fiziki hazırlıqlı;
• Hərbi xidmət keçməmiş;
• 2026-cı il ərzində digər düşərgələrdə iştirak etməmiş;
• Daha əvvəl hərbi-vətənpərvərlik düşərgəsində iştirak etməmiş;
• Fiziki və psixoloji sağlam.
Qeydiyyatdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibəni uğurla başa vuran 100 nəfər (50 oğlan və 50 qız) düşərgədə iştirak hüququ qazanacaq.
🔗 Qeydiyyat üçün: https://forms.gle/jicZepkQczGerq2t6
⏰ Son müraciət tarixi: 19 avqust 2026-cı il, saat 18:00
#Gənclərİdman #AZEyouth