Azərbaycan və Mərakeş arasında dostluq münasibətlərinin inkişafına, iki ölkənin gəncləri arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin təşviqinə, gənclər siyasəti sahəsində təcrübə mübadiləsinin aparılmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə vermək məqsədi daşıyan gənclər mübadiləsi proqramında iştirak üçün müraciətlərinizi təqdim edə bilərsiniz.
Proqram gənclərin fərqli mədəniyyətlərlə tanışlığına, beynəlxalq təcrübə qazanmasına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinə imkan yaradacaq.
Proqramın tarixi: 15–25 noyabr 2026-cı il
Azərbaycan Respublikasının vətəndaşı olan 18-26 yaş aralığında gənclər;
İngilis dilini sərbəst bilmək;
Fransız və ərəb dili bilikləri üstünlükdür;
İlk dəfə beynəlxalq mübadilə proqramında iştirak edənlərə üstünlük verilə bilər;
Anket suallarının dolğun cavablandırılması, geniş dünyagörüşü, fəaliyyətdə fərqlənmə və gənclər sahəsində fəallıq əlavə üstünlükdür.
Seçim prosesi çərçivəsində namizədlərin anketdə təqdim etdikləri məlumatlar, motivasiyası, bilik və bacarıqları, eləcə də proqramın məqsəd və tələblərinə uyğunluğu nəzərə alınacaq. Müsahibə mərhələsində anket nəticələri ilə yanaşı, namizədlərin ünsiyyət bacarıqları və beynəlxalq mübadilə proqramında iştirak potensialı da qiymətləndiriləcək.
Gəncləri beynəlxalq təcrübə qazanmaq və Azərbaycanı beynəlxalq platformada təmsil etmək imkanından yararlanmağa dəvət edirik!
Qeydiyyat üçün: LİNK
Son müraciət tarixi: 29 oktyabr 2026-cı il, saat 23:59