Şəhərsalma və Memarlıq ilinin ruhunu hiss etməyə hazırsan? 🏙️
Gələcəyin şəhərləri yalnız memarlıqdan ibarət deyil. Dayanıqlı və müasir şəhərlərin qurulması, memarlar, inşaat mühəndisləri, nəqliyyat mühəndisləri və su kommunikasiya xətləri mühəndislərinin birgə baxışı və əməkdaşlığı ilə mümkün olur.
“Gələcəyin Şəhərləri Forumu” məhz bu sahələri bir araya gətirərək iştirakçılara yeni bilik, praktiki təcrübə və fərqli düşüncə perspektivi qazandıracaq.
Forumda səni nələr gözləyir?
• Şəhərsalma və dayanıqlı şəhərlər mövzusunda panel və sessiyalar;
• Memarlıq, inşaat, nəqliyyat və su infrastrukturu sahələrinin peşəkarları ilə görüşlər;
• Komanda işi, praktiki tapşırıqlar və interaktiv fəaliyyətlər;
• Yeni tanışlıqlar, müzakirələr və unudulmaz düşərgə təcrübəsi.
📅 Tarix: 16–18 oktyabr 2026-cı il
📍 Məkan: Mingəçevir şəhəri, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi
📲 Qeydiyyat üçün postdakı QR kodu skan et və ya bio-dakı linkə keç və ya aşağıdakı link vasitəsilə müraciət et:
Gələcəyin şəhərlərini birlikdə düşünək, birlikdə quraq!
#AZEyouth #AzərbaycanGəncləri #birkimibirlikdə #Gencleraz #AzMİU #AzMİUTGT #GələcəyinŞəhərləriForumu