“Gənclər Evi” əməkdaşları və könüllüləri üçün “Media Akademiyası” keçiriləcək.

“Gənclər Evi” əməkdaşları və könüllüləri üçün “Media Akademiyası” keçiriləcək.

Layihənin keçirilməsində əsas məqsəd “Gənclər Evi” əməkdaşları və könüllülərinin düzgün və operativ informasiya təqdim etmək, media və rəqəmsal platformalardan səmərəli istifadə etmək, həmçinin həyata keçirilən fəaliyyət və təşəbbüsləri peşəkar şəkildə tanıtmaq bacarıqlarını inkişaf etdirməkdir.

Təlim mövzuları aşağıdakılardır:

- Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi
- Sosial medianın effektiv idarə edilməsi
- Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi
- Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi

Təlimlər çərçivəsində media ilə kommunikasiya, müsahibəvermə, ictimaiyyət qarşısında çıxış, düzgün və etibarlı informasiya təqdimatı, sosial media platformalarından effektiv istifadə və kommunikasiya zamanı diqqət edilməli əsas məqamlarla bağlı nəzəri və praktiki biliklər təqdim olunacaq.

Həmçinin iştirakçılar praktiki məşğələlər vasitəsilə media nümayəndələri ilə ünsiyyət, müsahibə zamanı davranış qaydaları, ictimaiyyət qarşısında düzgün kommunikasiya və informasiya təqdimatı üzrə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.