2 fevral 1997-ci il tarixindən etibarən qeyd olunan Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir və bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən Gənclər Həftəsinin əsas məqsədi 2 Fevral - Azərbaycan Gəncləri Gününün qeyd edilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların ictimai, mədəni və yaradıcı fəallığının təşviqi, əldə etdikləri uğurların nümayiş etdirilməsi, növbəti onillik üçün strateji baxışın formalaşdırılması, gənclərin potensialının milli prioritetlərə uyğun səfərbər edilməsi və gənclərin cəmiyyətin inkişafında fəal iştirakının dəstəklənməsidir.
Gənclər Həftəsində vahid konsepsiya əsasında hər gün bu konsepsiya çərçivəsində #gənclərüçün hər günün fərqli istiqamətləri üzrə tədbir və layihələr təşkil olunacaq.
2 fevral - Milli kimlik və birlik
3 fevral - Liderlik və təşəbbüskarlıq
4 fevral - İctimai fəallıq və sosial məsuliyyət
5 fevral - Yaradıcılıq və innovasiya
6 fevral - Komanda ruhu və özünüinkişaf
7 fevral - Balanslı həyat və ünsiyyət
8 fevral - Strateji baxış və davamlı inkişaf
Gənclər Həftəsi çərçivəsində əsas tədbirlər:
02 fevral 2026-cı il
- Azərbaycan Gənclərinin XI Forumu və Gənclər üçün Prezident Mükafatlarının təqdimat mərasimi
- Azərbaycan Gəncləri Forumunun 30 illiyinə həsr olunmuş qala-şam yeməyi
02-03 fevral 2026-cı il
- GəncFest - Xankəndi
03 fevral 2026-cı il
- Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda sessiya
- “Goranboy 2026 - Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi, yaradıcı və istedadlı gənclərin mükafatlandırılması və konsert proqramı
- NAYORA və Nazirliyin yanında İctimai Şuranın birgə təşkilatlığı ilə Gənclər Təşkilatlarının işçi qruplarının 2026-cı il üzrə I iclası
03-04 fevral 2026-cı il
- GəncFest - Goranboy
04 fevral 2026-cı il
- Gənclər evlərinin I Forumu
05 fevral 2026-cı il
- “Yeni trendlər və gənclər” mövzusunda bloqerlər, kontent yaradanlar və jurnalistlərin III Forumu
06 fevral 2026-cı il
- Gənclər və Davamlı İnkişaf Konfransı
06-07 fevral 2026-cı il
- GəncFest – Naxçıvan
07 fevral 2026-cı il
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dövlət qurumlarının gənc əməkdaşları arasında II "GİNius" intellektual yarışının açılış mərasimi
- Gənclər zirvəsi (GəncFest) - Qəbələ
07-13 fevral 2026-cı il
- Müxtəlif formatlı gənclər düşərgələri
28 yanvar - 08 fevral 2026-cı il
- Bakı və Regional Gənclər və İdman İdarələri tərəfindən silsilə gənclər tədbirləri
- Gənclər evləri tərəfindən silsilə gənclər tədbirləri
08-13 fevral 2026-cı il
Müxtəlif formatlı gənclər düşərgələri
Gənclər Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək istəyən gənclər ümumi qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.
Qeydiyyat üçün bura daxil ola bilərsiniz. Tədbirlər üçün yerlər məhduddur. Müraciətlər dəyərləndirildikdən sonra seçilən iştirakçılara tədbirlər barədə ətraflı məlumat veriləcəkdir.