5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Ankara, Kayseri və Nevşehir şəhərlərində keçiriləcək mübadilənin əsas məqsədi Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və fikir mübadiləsinin təşviq olunması, həmçinin gənclər arasında davamlı əlaqələrin qurulmasına şərait yaradılmasıdır.
Mübadilə proqramı çərçivəsində iştirakçıların gənclər siyasəti və gənclərlə iş sahəsində təcrübə mübadiləsi aparması, müxtəlif mövzular üzrə müzakirələrdə və interaktiv fəaliyyətlərdə iştirakı, Azərbaycan və Türkiyənin tarixi-mədəni irsi ilə tanış olması, eləcə də yeni əməkdaşlıq imkanları formalaşdırması nəzərdə tutulur.
Kimlər müraciət edə bilər?
Proqramda iştirak üçün:
- Azərbaycan Respublikasının 18–29 yaş arası vətəndaşları;
- gənclərlə iş, könüllülük, ictimai və ya layihə fəaliyyətində təcrübəsi olan;
- Azərbaycan–Türkiyə münasibətləri və gənclər əməkdaşlığına maraq göstərən;
- komanda ilə işləmək və müxtəlif mühitlərdə ünsiyyət qurmaq bacarığına malik;
- beynəlxalq proqramlarda iştirak etməyə motivasiyalı gənclər müraciət edə bilərlər.
Namizədlərin seçimində motivasiya, ictimai fəaliyyət və könüllülük təcrübəsi, kommunikasiya və komanda işi bacarıqları, beynəlxalq mühitə uyğunlaşma, Azərbaycan–Türkiyə gənclər əməkdaşlığı barədə məlumatlılıq və proqramdan sonra əldə olunan təcrübəni tətbiq etmək potensialı əsas meyarlar kimi nəzərə alınacaq.
Seçim prosesi müraciətlərin qiymətləndirilməsi və müsahibə mərhələsindən ibarət olacaq.
Proqramda iştirak etmək istəyən gənclər aşağıdakı keçid vasitəsilə elektron anketi dolduraraq müraciət edə bilərlər:
Müraciət linki: keçid edin
Son müraciət tarixi: 17.09.2026
Qeyd edək ki, proqramda iştirakçıların sayı məhduddur və seçim müsabiqə əsasında həyata keçiriləcək.