Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “GənclikFest” keçiriləcək!
Festival çərçivəsində səni tanınmış ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı, stolüstü oyunlar, intellektual və əyləncəli fəaliyyətlər, yeni dostluqlar və unudulmaz anlar gözləyir!
Dostlarını da dəvət et, enerjini özünlə gətir və bu möhtəşəm festivalın bir parçası ol!