Layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi vasitəsilə onların intellektual və yaradıcı potensialını üzə çıxarmaq, komandada işləmək bacarıqlarını inkişaf etdirmək, həmçinin gənclər arasında şəbəkələşməyə və yeni dostluqların qurulmasına töhfə verməkdir.
📌 Kimlər müraciət edə bilər?
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri;
Respublikanın şəhər və rayonlarında yaşayan gənclər;
Komanda işi, məntiq, yaradıcılıq və çevik qərarvermə bacarıqlarını sınamaq istəyənlər.
📍 Seçim prosesi
İştirakçılar qeydiyyat bitdikdən sonra müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə mərhələsində uğur qazanan və seçim meyarlarına uyğun hesab edilən gənclər yarışda iştirak etmək hüququ qazanacaqlar.
Məkan: Şəki Olimpiya İdman Kompleksi
Tarix: 29–31 iyul 2026-cı il
Qeydiyyat üçün: Regional Gənclər və İdman İdarələrinin rəsmi səhifələrindən qeydiyyat linki əldə edə bilərsiniz.
Son qeydiyyat tarixi: 19.07.2026
#AZE #GİN #GİNius48saat