“GİNius tələbə-gənclər kuboku 2026” “Fibonacci” intellektual-əyləncəli oyunu!

“GİNius tələbə-gənclər kuboku 2026” “Fibonacci” intellektual-əyləncəli oyunu!

Gənclərin nəzərinə!

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçiriləcək “GİNius tələbə-gənclər kuboku 2026” “Fibonacci” intellektual-əyləncəli oyununda iştirak etmək istəyən gənclər qeydiyyatdan keçə bilərlər.

Oyunun məqsədi tələbə-gənclərin intellektual potensialını, analitik düşünmə, komandada işləmə və operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də sağlam rəqabət mühiti yaratmaqdır.

Posterdə qeyd olunan regionlarda yaşayan və təhsil alan tələbələr müvafiq Regional Gənclər və İdman İdarələrinin Facebook və Instagram səhifələrində paylaşılmış qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.

Komandanı formalaşdır, biliyini sınа və finala gedən yolda özünü göstər!