Sizi nələr gözləyir: Hüquq və dövlət quruculuğu mövzularında maarifləndirici seminarlar;
Mütəxəssislərlə görüşlər və praktiki təlimlər;
İntellektual oyunlar, motivasiyaedici sessiyalar;
Könüllü şəbəkəsi ilə yeni tanışlıqlar, möhkəm dostluqlar və əməkdaşlıq imkanları.
Düşərgənin məqsədi gənclər arasında hüquqi maarifləndirməni artırmaq, dövlətçilik və vətəndaşlıq dəyərlərini aşılayaraq onların cəmiyyətə fəal vətəndaş kimi inteqrasiyasına dəstək göstərməkdir. Eyni zamanda düşərgə gənclərin liderlik potensialının üzə çıxarılması, şəbəkələşmənin gücləndirilməsi və könüllülük hərəkatında fəallığın artırılması məqsədi daşıyır.
Sən də qeydiyyatdan keç və bu düşərgənin bir parçası ol!https://duserge.konullu.az/
Məkan: Quba Olimpiya İdman Kompleksi
Tarix: 31 avqust - 3 sentyabr 2025-ci il
Qeydiyyat üçün son tarix: 14 avqust