Hörmətli QHT nümayəndələri!

Hörmətli QHT nümayəndələri!

2026-cı il sentyabrın 25-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  və QHT Agentliyinin QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçiriləcək.
 
İnfosessiyada Gənclər və İdman Nazirliyinin və QHT Agentliyinin məsul şəxsləri iştirak edəcək. 
İnfosessiyada müsabiqə şərtlərinə uyğun olaraq, yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər. 

Qeyd olunan QHT nümayəndələrindən 2026-cı il sentyabrın 22-si saat 00:00-dək aşağıdakı blankı doldurmaqla infosessiya üçün qeydiyyatdan keçmək xahiş olunur:

Qeydiyyat üçün

22 sentyabr saat 00:00-dan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq. 

Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və tədbirin keçiriləcəyi məkan barədə QHT-lərə məlumat veriləcək.