Könüllülərin Karyera Düşərgəsinə qeydiyyat başladı

Könüllülərin Karyera Düşərgəsinə qeydiyyat başladı

Düşərgə "ASAN Kadr" Karyera Mərkəzi və “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və "Coca-Cola Azərbaycan" şirkətinin dəstəyi ilə fevralın 8-dən 12-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.

Düşərgənin məqsədi gənclərin şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək, könüllülük təcrübəsini real karyera üstünlüyünə çevirmək və onları əmək bazarına daha hazırlıqlı etməkdir.
Düşərgədə iştirakın üstünlükləri:

- Karyera planlaması və düzgün istiqamət seçimi;
- Praktiki təlimlər, vörkşoplar və interaktiv sessiyalar;
- Peşəkar mütəxəssislərlə görüş və şəbəkələşmə imkanı;
- Komanda işi, liderlik və digər bilik və bacarıqların inkişafı.

Düşərgədə bakalavr təhsilinin sonuncu kursunda oxuyan tələbələr, magistrantlar, qiyabi təhsil alan şəxslər, həmçinin 29 yaşadək ali təhsili olan məzun gənclər iştirak edə bilərlər.

🔗 Qeydiyyat linki: Karyera Düşərgəsi
📅 Qeydiyyat üçün son tarix: 1 fevral 2026-cı il