Könüllülük gənclərin cəmiyyətə inteqrasiyasını gücləndirən, şəxsi və peşəkar inkişaflarını təmin edən, sosial məsuliyyət hissini artıran dəyərli bir hərəkatdır. Bu proqram gənclərin dövlət və ictimai əhəmiyyətli tədbirlərin icrasında yaxından iştirak etməsinə şərait yaratmaqla onların təşkilatçılıq, ünsiyyət və praktiki bacarıqlarının inkişafına, eyni zamanda şəxsi və peşəkar potensiallarının artırılmasına xidmət edir.
Bu proqram çərçivəsində könüllülər seçim əsasında Gənclər Həftəsinin tədbirləri, il ərzində müxtəlif forumlar, konfranslar, festivallar, beynəlxalq görüşlər və digər layihələrin, tədbirlərin təşkili, icrasında yaxından iştirak edəcəklər.
Könüllülər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərə bilərlər:
- Tədbirlərin təşkili və koordinasiyası
- Qonaqların və iştirakçıların qarşılanması, yönləndirilməsi
- Qeydiyyat və informasiya dəstəyi
- Protokol və təşkilati işlər
- Media və kommunikasiya dəstəyi
- Logistika və texniki proseslərə yardım
Proqrama qoşulmaq istəyən gənclər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmaq
- 16–25 yaş aralığında olmaq
- Məsuliyyətli, intizamlı və operativ olmaq
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyət qabiliyyəti və etik davranış qaydalarına riayət
- Tədbirlər zamanı fəal iştirak üçün vaxt imkanına malik olmaq
Xarici dil bilikləri, könüllülük və tədbir təcrübəsi üstünlük hesab olunur.
Proqramda iştirak edən könüllülərə aşağıdakı imkanlar yaradılır:
- Respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, təmsilçilik;
- Tədbir təşkili üzrə praktiki təcrübə və bacarıqların inkişafı;
- Nazirlik tərəfindən sertifikat və tövsiyə məktubu (fəallığa əsasən);
- Yeni sosial və peşəkar əlaqələrin qurulması;
- Gələcək layihələr üçün Nazirliyin könüllü bazasına daxilolma;
- Fəal könüllülər üçün prioritet seçim və əlavə imkanlar.
Könüllülük proqramında iştirak etmək istəyən gənclər elektron qeydiyyat formasını doldurmaqla müraciət edə bilərlər.
Qeydiyyat linki: Könüllülük Proqramı
Əlavə suallar üçün:
📧 E-poçt: [email protected]
📞 Telefon: 187 (GİN qaynar xətt)