“Təlimçilər üçün Təlim” proqramı

“Təlimçilər üçün Təlim” proqramı

Naxçıvan gəncləri, bu fürsət sizin üçündür!
“Təlimçilər üçün Təlim” proqramına qeydiyyat başladı!
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən bu layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur.
 
Proqramın məqsədi regionun fəal gəncləri arasında təlimçi potensialı və liderlik keyfiyyəti olanlardan peşəkar gənc təlimçilər komandası formalaşdırmaqdır. Təlimçilər vasitəsi ilə yerli gənclərin Naxçıvanın inkişaf proqramlarında iştirakını artırmaq, gənclərin müasir sahələrə olan maraqları ilə bağlı qeyri-formal təhsili təşkil etmək.  
 
Layihə çərçivəsində seçilmiş 50 gənc 7 mərhələli (126 saatlıq) intensiv təlim proqramı keçəcək, təlimçilik və liderlik bacarıqlarını inkişaf etdirəcək. Proqramı uğurla bitirərək qazandığı bilik-təcrübəni digər gənclərlə bölüşmək imkanı əldə edəcək.
 
Təlimlər Bakı şəhərindən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən keçiriləcək;
İş və ya dərs saatları ilə üst-üstə düşdüyü halda, iştirakçılar üçün rəsmi icazə məktubu təmin olunacaq.
 
İştirakçıların seçim kriteriyaları:

- 20-29 yaş aralığında olmaq;

- Naxçıvan Muxtar Respublikasında yaşamaq və ya fəaliyyət göstərmək;

- Təlimçilik, fasilitasiya və gənclərlə iş sahəsinə maraq göstərmək;

- Təqdimat və kommunikasiya bacarıqlarına malik olmaq;

- Komanda ilə işləmək və auditoriya qarşısında çıxış etmək potensialına malik olmaq;

- Öyrənməyə və şəxsi inkişafına açıq olmaq;

 - Təlim proqramının bütün mərhələlərində iştirak edə bilmək.

Proqramı uğurla tamamlayan gənclər sertifikat əldə edəcəklər.
Qeydiyyatdan keçmək üçün keçidə daxil olub formanı doldurun!

Qeydiyyat üçün Link
 
Son müraciət tarixi: 25.11.2026

Əlavə məlumat üçün: (036) 544-50-06 və ya instagramda "AZEyouth" səhifəsinə yaza bilərsiniz.